Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ-da xam neft ehtiyatları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da xam neft ehtiyatları azalıb

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 5,7 milyon barrel (1,2 faiz) azalaraq 456,5 milyon barrelə gerilədiyini açıqlayıb.


 
"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 4,2 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 2,7 milyon barrel geriləmişdi.


 
Beləliklə, ABŞ-ın tkommersiya məqsədli xam neft ehtiyatları 4 həftə üst-üstə azalma qeyd edib.


 
Kommersiya məqsədli xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 0,8 milyon barrel (0,1 faiz) azalaraq 671,7 milyon barrelə enib.


 
ABŞ-ın həftəlik benzin ehtiyatları isə 0,9 milyon barel (0,4 faiz) artaraq 222,3 milyon barelə yüksəlib.Bazar gözləntisi 0,2 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,5 milyon barel artım göstərmişdi.


 
NEFT HASİLATI AZALIB


 
Bu dövrdə, ölkənin xam neft istehsalı da əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,07 milyon barel azalaraq 8,41 milyon barelə düşüb.


 
Beləliklə, ABŞ-ın xam neft istehsalı 2 həftə ardıcıl azalıb.


 
Ölkənin xam neft idxalı da sözügedən həftə, əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 134 min barrel azalaraq 7,48 milyon barrelə geriləyərkən, xam neft ixracı isə gündəlik orta hesabla 528 min barel artımla 1,8 milyon barelə yüksəlib.


 
 ABŞ-ın xam neft ehtiyatları və istehsalındakı azalmaya baxmayaraq, qlobal bazarda neftin qiymətlərində azalma görülüb.


 
ABŞ-ın Qərbi Texas tipli xam neftin barrel qiyməti 51,73 dollara,  Brent növü neftin barrel qiyməti də 57,77 dollara qədər geriləyib.

 

18.10.2017 18:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ