Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Bitcoin qumardan betərdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bitcoin qumardan betərdir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bitcoin bahalaşmaqda davam edərkən pessimist cəbhə Bitcoin-i və Bitcoin alanları tənqid etməyə davam edir.

 

"Marja" xəbər verir ki, son tənqid, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin tərəfindən edilib.

 

Oreşkin, "Bitcoin-ə sərmayə, qumarxanada rulet oynamaqdan daha az təxmin edilə bilər. Kiçik sərmayəçilər Bitcoin kimi yüksək volatilli alətlərə pul yatırmamalıdır" deyib.

 

Rusiyalı nazir, Soçi şəhərində etdiyi çıxışında, "Bitcoinin qiymətində dalğalanmalara baxın. Kiçik sərmayəçilərin pul yatırdığı alətlər belə olmamalıdır. Bitcoin qumardan betərdir" deyib.

 

Oreşkinə görə Bitcoin sərmayəçiləri əvvəl qazanacaq, sonra itirəcək və geriyə heç bir şey qalmayacaq.

 

"MƏSƏLƏ BITCOIN-İN DƏYƏRİ  DEYİL"

 

Bitcoin-in tərəfdarları əsl məsələnin onun neçə dollar olduğunu deyil, "blockhain" texnologiyasının yaratdığı yeni iqtisadiyyatın əhəmiyyətli olduğunu vurğulayırlar. Çünki Bitcoin, "blockchain" sayəsində vasitəçiyə ehtiyac olmadan bir istifadəçidən digərinə transfer edilə bilir və məşhurluğu da buradan gəlir. "Blockchain" ilə təmin edilən bu xüsusiyyət ticarətin bəzi qaydalarını yeni yazmağa başlayıb.

 

13% VERGİ

 

Digər tərəfdən Rusiya Prezidenti Valdimir Putin, "CryptoRuble" adı ilə hökumətin nəzarətində bir milli kriptovalyuta yaradılmasını dəstəkləyir. Rusiya, yaxın zamanda öz kriptovalyutasını çıxaracaq. İnsanlar həmin kriptovalyutadan istifadə edib, qazana biləcəklər. "CryptoRuble"un həqiqi rubla çevirilməsinə də icazə veriləcək. Bu zaman, "CryptoRuble"u necə qazandığını açıqlaya bilməyənlərdən Rubla çevirəndə13% vergi alınacaqdır.  

 

Bakı vaxtı ilə saat 07:30-da Bitcoin-in dəyəri 5608 dollar təşkil edib.

 

Bitcoin-in 7 ili

19.10.2017 05:28

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ