"50 il ərzində Facebook, Apple, Google, Amazon ortadan qalxacaq"

"Bu gün doğulan bir uşaq, Google, Amazon, Apple və Facebook-dan daha uzun yaşayacaq, amma Amazonun ən uzun yaşayacaq şirkət olacağını söyləyə bilərəm."

 

"Marja" xəbər verir ki, bunu Nyu-York Universitetində "Stern School of Business"də satış dərsləri keçən Scott Galloway bildirib.  Galloway "The Four" adlı kitabında bu dörd texnologiya nəhənginin 50 il içində ortadan qalxacağını iddia edib.

 

Galloway, 100 il əvvəlki "Dow 100"dən yalnız 11 şirkətin qaldığını, iş həyatında şərtlərin sürətlə dəyişməsilə, bu gün doğulan bir uşağın bu şirkətlərdən daha uzun yaşamasının yüksək ehtimal olduğunu qeyd edib.

 

Galloway, "Bu şirkətlərin daha da gücləndiyi görülürmü?, Bəli... Yaxşı bu şirkətlərin bizim həyat müddətimiz ərzində ortadan qalxacağını nəzərdə tuturammı? Bəli..." ifadələrini istifadə edib. 

 

Bu şirkətlərin ortadan tam olaraq nə vaxt qalxacağını təxmin etməyin çətin olduğunu ifadə edən Galloway, "10 il əvvəl Myspace haqqında danışırdıq. Bu səbəbdən tam olaraq bunun nə vaxt reallaşacağını söyləmək olduqca çətindir. Rahatlıqla söyləyə biləcəyim tək şey, 50 il ərzində bu şirkətlərin ortadan qalxacağıdır" deyə qeyd edib.

 

"AMAZON DAHA UZUN YAŞAYACAQ"

 

Galloway, dörd şirkət içərisində Amazon-un daha uzun müddət yaşayacağını nəzərdə tutur. Amazon-un  Google ilə bir çox sahədə rəqabət etdiyini ifadə edən Galloway, Amazon-un məhsul axtarışında 2015-də 44% olan payını, 2016-da 55%-ə qaldırdığını  qeyd edib.

 

Galloway, yeni dövrdə ən inovatif təchizatın da Apple Watch ya da Apple iPod-lar olmadığını, Amazon-un yaratdığı Echo-nun bu sahədə önə çıxdığını əlavə edib. 

19 Oktyabr 2017, 08:47   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin