Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qiyməti 80%-dən çox qalxıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qiyməti 80%-dən çox qalxıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qəribə də olsa, son günlər Bakıda portağalın qiyməti 80%-dən çox qalxıb. "Marja" xəbər verir ki, yayda 1.80-2.00 manata, bir müddət əvvəl isə 2,5 manata satılan sitrus meyvəsinin kiloqramı hazırda 4,50-4,75 manatdır. Məsələn, Neptun Market portağalın 1 kiloqramını 4,75 manata satır.


 
Bazarda olan bu qiymətləri mövsümi hal adlandıranlar da var. Belə ki, yay aylarında digır meyvələr bol olduğundan, sirtus meyvələri az miqdarda idxal edlir və bu da qiymətə təsir edir. Digər mütəxəssislər isə portağalın əsasən idxal edildiyi Misir, Mərakeş və Türkiyədə məhsul qıtlığını, oranın özündə də qiymətlərin qalxdığını bildirirlər.
 

Reklam_3_11


Hazırda bu ölkələrdə portağalın 1 kiloqramının qiyməti 0,5 dollarla 1 dollar arasında dəyişir. Yəni bütün xərclər nəzərə alınmaqla, Bakıda portağal 2,5 manatdan baha ola bilməz.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hseynov isə qeyd edib ki, Azərbaycanda istehlak bazarında hal-hazırda qiymət xaosu hökm sürür və kim hansı malı hansı qiymətə satmaq istəyirsə, o qiymətə də satır. Mütəxəssisin fikrincə, burada inhisarçılıq da öz sözünü deyir – bazara başqa iştirakçılar buraxılmır.


 
Qarşıdan Yeni il gəlir və ənənəvi olaraq, azərbaycanlıların süfrəsində portağal, naringi və digər sitrus meyvələri olacaq. Ümid edək ki, qiymətlər aşağı enəcək və bu ənənə pozulmayacaq.

© Marja.az, Virtualaz 

19.10.2017 07:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ