AZAL Gəncəyə uçuşları dayandırdı - RƏSMİ AÇIQLAMA

“Azərbaycan Hava Yolları” Bakı-Gəncə-Bakı uçuşlarını dayandırıb.

 

“Marja”nın sorğusuna cavab olaraq AZAL-dan bildirilib ki, kommersiya baxımından səmərəli olmadığı üçün yanvarın 9-dan Bakı-Gəncə -Bakı uçuşlarının dayandırılmasına qərar verilmişdir.

 

AZAL Bakı-Gəncə-Bakı   reysini “rentabelli  fəaliyyət göstərməməsi  ilə bağlı olaraq 2015-ci ildə də dayandırmış, lakin bir müddət sonra isə fikrini dəyişərək uçuşları bərpa etmişdi.

 

Uçuşlar hər gün “Embraer” tipli təyyarələr vasitəsilə həyata keçirilirdi.

 

12 Yanvar 2017, 11:02   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2016 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, info@marja.az