Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neftdə fikir ayrılığı: 60 dolları keçə və ya 45 dollara düşə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftdə fikir ayrılığı: 60 dolları keçə və ya 45 dollara düşə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən böyük neft treyderlərinə görə, xam neftin qiyməti, tələbin artması və OPEC + ölkələrinin hasilatlarını azaltmağı davam etmələri ilə bir il ərzində 60 dollar səviyyəsini aşa; ya da ABŞ-da şist nefti hasilatının artmasının bazarı bir daha "vurması" ilə 45 dollara düşə bilər.


 
"Marja" xəbər verir ki, "Glencore Plc", "Gunvor Group Ltd" və "Trafigura Group Pte" kimi treyderlər neftin bahalaşacağını gözləyirlər. "Vitol Group" isə neft tələb və təklifində qeyri-müəyyənliyin olduğunu vurğulayır.

Reklam_3_11


 
Neft istehlakında artım bu il gözləniləndən daha güclü oldu və qiymətlərin son dövrdəki yüksəlişinə kömək edib. Buna qarşı, ABŞ-da istehsalın artım sürəti də proqnoz verməyi çətinləşdirir.  
 


Londonda keçirilmiş "Pul və Neft" konfransında, "Qiymət gələn ilin sonuna doğru 60 dolların üzərində olacaqdır" deyən "Trafigura"nın İcraçı direktoru Ceremi Ueyr, tələbatın artdığını, ABŞ-da neft sahələrində məhsuldarlığın düşdüyünü və dolların daha çox ucuzlşamasının əmtəələri dəstəkləyəcəyini bildirib.


 
"Vitol"un İcraçı direktoru İan Teylora görə isə, ABŞ-da şist nefti istehsalçılarının, "2014-ci ildə etdikləri kimi", hələ də qiymətləri aşağı sala bilmək gücləri var.

19.10.2017 09:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ