Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR maşınlara avadanlıq quraşdırıb, sıxılmış qaz satacaq - QƏNAƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR maşınlara avadanlıq quraşdırıb, sıxılmış qaz satacaq - QƏNAƏT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"SOCAR Petroleum" QSC (SOCAR-ın “törəmə” şirkəti) 2018-ci ilin II rübündən Azərbaycanda sıxılmış qazın pərakəndə satışına başlayacaq. Bu barədə "Marja"ya şirkətdən məlumat verilib.

 

"SOCAR Petroleum” 2018-ci ilin II rübündən “SOCAR” brendi altında fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrində sıxılmış təbii qazın ("Compressed Natural Gas", CNG) satışına başlamağı planlaşdırır. Şirkət nəqliyyat vasitəsinə CNG ilə işləməyə imkan verən xüsusi avadanlığın quraşdırılması xidmətini tətbiq edəcək", - deyə məlumatda bildirilir.

 

"SOCAR Petroleum”un məlumatına görə, bu yeniliklər Azərbaycanın neft məhsullarının pərakəndə satışı bazarında ilk dəfə tətbiq edilir. Şirkət CNG-nin qiymət baxımından sərfəli alternativ yanacaq kimi müştərilərə satışına başlamağa qərar verib.

 

"Xüsusi olaraq yaradılmış xidmət mərkəzlərində avtomobillərə İtaliyada istehsal edilmiş keyfiyyətli və təhlükəsiz CNG-qurğular quraşdırılacaq. “SOCAR Petroleum” artıq bu xidmətdən yararlanmaq istəyən şəxslərin qeydiyyatına başlayıb. Avtomobil sahiblərinin qeydiyyatı www.socar-petroleum.az saytının CNG bölməsində və ya şirkətin “Facebook” səhifəsində aparılır", - deyə məlumatda vurğulanır.

 

Şirkətin mütəxəssislərinin hesablamalarına görə, CNG-dən istifadə avtomobil sahibinə hər 10 min kilometr üçün yanacaq sərfinə 600 manat qənaət etməyə imkan verəcək.

 

Hazırda Azərbaycanda “BakuBus” şirkətinin "Iveco" markalı sərnişin avtobusları "SOCAR Petroleum" şirkətinin 2015-ci il iyunun 3-də istismara verilmiş Zığ-Hövsan terminalında istehsal edilən CNG ilə işləyir.

19.10.2017 14:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ