Ən yuxarı statik reklam-3_3

#4Noyabr həştəqinin sirri açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
#4Noyabr həştəqinin sirri açıldı

#4Noyabr həştəqinin sirri açıldı. "marja" xəbər verir ki, həmin gün “Marketing Meetup” Viral&Guerrilla tədbiri keçiriləcək

 

Reklam_3_11

“Marketing Meetup” IT, Modern Texnologiya, PR, Marketinq və Rəqəmsal aləmi bir çətir altında görüşdürür, effektivliyini azaltmış və ya itirmiş ənənəvi metodları yeniləri ilə əvəzləyir. “Marketing Meetup” iş həyatındakı böhranlar, çətinliklər, problemlərin həlli üçün saf-çürük edilən addımlar və «timsahla dolu bataqlıqdan sağ çıxmaq» üçün verilmiş savaşların real təcrübələr üzərindən paylaşıldığı yığıncaq ənənəsidir.

 

4 Noyabr tarixində heç bir brendə bağlı olmadan yerli marketoloqların keçirəcəyi “Marketing Meetup” Viral&Guerrilla müxtəlif müzakirələrin və real təcrübələrin bölüşüldüyü panellərdən ibarət olacaq. Panellərdə real təcrübələri olan yerli və xarici spikerlərin çıxışları nəzərdə tutulub.

 

Tədbir haqqında ictimaiyyətin ətraflı və birbaşa məlumat alması üçün “Marketing Meetup”ın rəsmi saytı http://meetup.az və Facebook səhifəsi https://www.facebook.com/marketingmeetupbaku bu gündən istifadəyə verilib. Saytda və səhifədə tədbir haqqında ümumi məlumatla yanaşı, spikerlər və tədbirlə bağlı yeniliklər barədə operativ informasiyalar paylaşılır.

 

“Marketing Meetup” Viral&Guerrilla tədbiri Azərbaycan marketinq ictimaiyyətində əlavə bir yeniliyə də imza atıb. Belə ki, “Marketing Meetup” Viral&Guerrilla tədbirinin bir hissəsi və Viral Kampaniyası son günlər sosial mediada böyük səs gətirən və müzakirələrə səbəb olan “#4Noyabr” həştəqli marketinq hadisəsidir. Tədbirdə bu viral kampaniyanın təqdimatı və qalibin seçilməsi baş tutacaq.

 

Qeyd edək ki, “#4Noyabr” marketinq hadisənin şərtlərinə görə, «#4noyabr» həştəqi ilə Sosial Şəbəkələrdə paylaşım edənlərin arasından xüsusi proqram vasitəsi ilə bir nəfər qalib təsadüfi seçiləcək və müxtəlif biznes qurumlarının vəd etdiyi hədiyyələrlə mükafatlandırılacaq. Qısa zamanda müxtəlif istiqamətli biznes qurumları viral kampaniyaya qoşulub və qeyd olunan həştəqlə paylaşım edənlərə ümumi məbləği 20.000 manatdan artıq olan hədiyyələr vəd edib. Nəticədə, oktyabrın 3-dən start götürən kampaniyanın ilk 5 günü ərzində «#4noyabr» həştəqi ilə sosial şəbəkələrdə 100.000-dən çox paylaşım edilib.

19.10.2017 14:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ