Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Hər 3 nəfərdən 2-si sosial mənzil ala bilməyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hər 3 nəfərdən 2-si sosial mənzil ala bilməyəcək

Vətəndaşlar istənilən zaman güzəştli mənzilin alınması üçün qeydiyyatdan keçə bilərlər


Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev Bakıda güzəştli mənzilin alınması üçün 6,5 minə yaxın şəxsin qeydiyyatdan keçdiyini deyib.


Onun sözlərinə görə, mənzillərin satışı "Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilir: "Qeydiyyatdan keçmiş hər bir kəs müvafiq mənzil və ödəniş forması seçmək imkanına malik olacaq. Hələ ki, satışın nə vaxt başlayacağı haqqında dəqiq söz demək çətindir, amma düşünürəm ki, ilin sonuna kimi mənzillərin satışına başlaya biləcəyik”.

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramovun açıqlamasına görə, mənzillərin alınması zamanı qeydiyyatla bağlı son tarix yoxdur. 

 

Vətəndaşlar istənilən zaman güzəştli mənzilin alınması üçün qeydiyyatdan keçə bilərlər:

 

"Qeydiyyatlar may ayının sonundan etibarən başlayıb. Hər bir şəxs ya asan xidmət, ya elektron hökumət portalı vasitəsilə qeydiyyatdan keçmək imkanına malikdir. Bu zaman isə elektron, ya da asan imza tələb olunur. Yaxın zamanda 10 minə yaxın vətəndaşın qeydiyyatdan keçəcəyi gözlənilir. Söhbət həm Yasamalda, həm də Hövsanda, eləcə də digər ərazilərdə inşa edilən sosial mənzillərdən gedir. 

 

Yasamalda 1900 mənzil vətəndaşlara təqdim olunacaq, bu isə o deməkdir ki, hələlik mövcud qeydiyyatdan keçənlərin sayını nəzərə alsaq, hər 3 nəfərdən biri mənzil ala biləcək. Qeydiyyatdan keçmiş hər 3 nəfərdən 2-si sosial mənzil almaq imkanına malik olmayacaq.

 

Növbəti mərhələdə qeydiyyatdan keçmiş vətəndaşlar müraciət üçün dəvət olunacaq. Müraciət zamanı yeganə meyar ondan ibarətdir ki, tez müraciət edənlər mənzilə sahib olacaq. Ona görə də müraciətlərin tez olması önəmlidir. Müraciətlərin nə vaxt olacağı bəlli deyil, çünki mənzillərin 3-də biri inşa edildikdən sonra müraciətlər başlanacaq”.

 

©  "Şərq”

19.10.2017 15:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ