Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Bank Silk Way” 9 ayı 7 milyon manata yaxın mənfəətlə bağlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Silk Way” 9 ayı 7 milyon manata yaxın mənfəətlə bağlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bank Silk Way” ASC 2017-ci ilin 9 ayını 6 milyon 692 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 18% çoxdur.

 

“Marja” Banka istinadən xəbər verir ki, cari ilin yanvar sentyabr dövründə Bankın cəmi gəlirləri 33 milyon 682 min manat, cəmi xərcləri isə 25 milyon 682 min manat təşkil edib. Nəticədə Bankın 8 milyon manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətindən 1 milyon 173 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırma edilib, təxminən 136 min manat mənfəət vergisi ödənilib. Nəticədə Bank 9 ayı 6 milyon 692 min manat xalis mənfəətlə bağlayıb.

 

9 ayda Bankın faiz gəlirləri 20 milyon 456,2 min manat, qeyri-faiz gəlirləri isə 13 milyon 226.94 min manat təşkil edib. Qeyri-faiz gəlirlərinin 6 milyon 886 min manatı valyuta ticarətindən daxil olub.

 

Qeyd edək ki, “Bank Silk Way” 2016-cı ilin 9 ayını 5 milyon 669 min manat mənfəət başa vurmuşdu.

 

AKTİVLƏRİ CÜZİ ARTIB

 

30 Sentyabr 2017-ci il tarixində “Bank Silk Way” ASC 405 milyon 643 min manat cəmi aktivlərə, 282 milyon 162 min manat cəmi öhdəliklərə və 123 milyon 481 min manat cəmi balans kapitalına malik olub.

 

Bank 2016-cı ilin sonunda 403 milyon 992.8 min manat cəmi aktivlərə, 287 milyon 531 min manat cəmi öhdəliklərə və 116 milyon 461.7 min manat cəmi balans kapitalına malik idi.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR AZALIB

 

Son 9 ayda müştrilərə verilən kreditlər 388 milyon 332.7 min manatdan 369 milyon 797 min manata geriləyib. Bankda depozitlər isə cüzi - 170 milyon 44.9 min manatdan 170 milyon 980.2 min manata qalxıb. Əhalinin əmanətləri (fiziki şəxslərin müddətli depozitləri) isə 120 milyon 381 min manatdan 102 milyon 97 min manata düşüb.

 

“Bank Silk Way” ASC ötən ilin sonunda Mərkəzi Banka 22,5 milyon manat olmuş borcundan bu il 5 milyon manat qaytarıb (17,5 milyon manata düşüb). 

 

30 Sentyabr 2017-ci il tarixində “Bank Silk Way” 117 milyon 797 min manat məcmu kapitala malik olub.

 

Bankın maliyyə göstəriciləri ilə daha ətraflı buradan tanış olmaq olar.

20.10.2017 05:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ