Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avtomobil biznesi "tumurcuqlayır" - 70% artdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil biznesi "tumurcuqlayır" - 70% artdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


2017-ci ilin Yanvar-Sentyabr ayları ərzində Azərbaycana 6 643 ədəd avtomobil (nəqliyyat vasitəsi) gətirilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 70% çoxdur.


 
2016-cı ilin 9 ayında Azərbaycana 3 906 ədəd nəqiliyyat vasitəsi idxal olunmuşdu.


 
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin Yanvar-Sentyabr  aylarında 138  ədəd avtobus, 5 783 ədəd minik avtomobili, 670  ədəd yük avtomobili, 52 ədəd xüsusi təyinatlı avtomobil idxal olunub.


 
Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin Yanvar-Sentyabr aylarında  61 avtobus, 3389 ədəd minik avtomobili, 379 ədəd yük avtomobili, 77 ədəd xüsusi texnika idxal olunmuşdu. 

 

İllik müqayisədə minik avtomobilərinin idxalı 70,6% artıb. 


 
Təkcə Sentyabrda Azərbaycana 981 ədəd nəqliyyat vasitəsi, o cümlədən 909 ədəd minik avtomobili gətirilib. 

20.10.2017 07:45

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ