Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

2018-in büdcəsinin yarıya yaxını Neft Fondunun pulları ilə doldurulacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
2018-in büdcəsinin yarıya yaxını Neft Fondunun pulları ilə doldurulacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci il dövlət büdcəsinin layihəsi bu gün rəsmi mətbuatda dərc edilib.

 

Reklam_3_11

Layihəyə əsasən gələn il dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat (2017-ci ilə olan proqnozla müqayisədə artım 20%), xərcləri isə 20 milyard 905,7 milyon manat (artım 16,5%) təşkil edəcək. Artımlar, daha çox Neft Fondundan ediləcək transfertin artırılmasına görədir.

 

Gəlirlərin strukturunda Dövlət Neft Fondundan 2018-ci il dövlət büdcəsinə transfertlər 9 milyard 216 milyon  manat və ya büdcə gəlirlərinin 45,8%-i səviyyəsində nəzərdə tutulub.

 

Bu ilin büdcəsinə Neft Fondundan transfert 6,1 milyard manat nəzərdə tutulub.

 

Gələn il dövlət büdcəsinə əlavə dəyər vergisindən (ƏDV) 4 mlrd. 288 mln. manat, hüquqi şəxslərin mənfəət vergisindən 2 mlrd. 320 mln. manat, fiziki şəxslərin gəlir vergisindən 1 mlrd. 196 mln. manat, gömrük rüsumlarından 535 mln. manat, sadələşdirilmiş vergidən 380 mln. manat, aksizlərdən 726 mln. manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 mln. manat məbləğində vəsaitin daxil olacağı proqnozlaşdırılır.

 

2018-ci il dövlət büdcəsi xərclərinin strukturunda müdafiə xərclərinə 2 mlrd. 738,722 mln. manat, sosial müdafiə və sosial təminat sahəsinə 2 mlrd. 197,182 mln. manat, təhsil sahəsinə 2 mlrd. 1,498 mln. manat, səhiyyə sahəsinə 740,661 mln. manat, ümumi dövlət xidmətlərinə 3 mlrd. 620,257 mln. manat yönəldiləcək.

 

Gələn il üçün əsaslı kapital qoyuluşları 4 mlrd. 924,2 mln. manat məbləğində nəzərdə tutulub.

 

© İnterfaks-Azərbaycan, Marja

20.10.2017 08:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ