Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kapital Bank elmi seminarın rəsmi tərəfdaşıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank elmi seminarın rəsmi tərəfdaşıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kapital Bank 19 – 21 oktyabr 2017-ci il tarixlərində Bakı Mühəndislik Universitetində keçirilən “İnnovasiya Ekosistemlərinin Qurulması” adlı elmi seminarın rəsmi tərəfdaşıdır. Seminarı Global Innovation Catalyst şirkəti, Berkeley Kaliforniya Universiteti və Stanford Universitetindən dəvət olunmuş mütəxəssislər aparacaqlar.

 

Açılış mərasimində Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva, Təhsil Naziri Mikayıl Cabbarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə, İqtisadiyyat Nazirinin müavini Sevinc Həsənova, Kapital Bank-ın Müşahidə Şurasinin sədri Cəlal Qasımov və rəhbər heyəti, millət vəkilləri, dövlət rəsmiləri, rektorlar, ictimai xadimlər və digər qonaqlar iştirak edib.

 

Tədbirin əsas məqsədi müvafiq dövlət qurumlarında qərar verən vəzifələrdə çalışan şəxslərin innovasiya ekosisteminin qurulması üzrə yol xəritəsi sənədinin hazırlanmasına dəstək verməkdir. Seminar nəticəsində komissiya üzvləri sahibkarlıq ekosisteminin transformasiyası əsasında bilik-əsaslı və innovativ iqtisadiyyatın qurulmasına dair 3 illik fəaliyyət planı hazırlaya biləcəklər.

 

Qeyd edək ki, tədbirdə UC Berkeley İdarəedənlər üçün təhsil istiqamətinin direktoru və təlimçisi Qreqori LaBlank, Global Innovation Catalyst şirkətinin qurucusu və sədri Kamran Elahian və digər rəsmi qonaqlar çıxış ediblər.

20.10.2017 08:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ