Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan bu gündən tam "üzən məzənnə"yə keçir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bu gündən tam "üzən məzənnə"yə keçir

Azərbaycan Mərkəzi Bankı (AMB) artıq bu gün keçirəcəyi valyuta hərracında yeni satış qaydalarını tətbiq edəcək.

 

Bank dairələrindən əldə edilən məlumata görə, bugünkü hərrac saat 12:00-da başlayacaq və 12:45-də tamamlanacaq. Ümumilikdə satışa 75 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxarılacaq. Satış isə "ən yaxşı məzənnə təklifi verən bank" prinsipi əsasında aparılaraq sifarişlərin tədricən (azalan xətt üzrə) reallaşdırılması nəzərdə tutulur.

 

Həmçinin, yeni qaydalara əsasən, bundan sonra AMB hərraca çıxarılan valyutanın həcmini öncədən bəyan edəcək. Gələn həftədən isə hərracların I, III və V günləri keçirilməsi qərara alınıb.

 

Bununla yanaşı bildirilir ki, kommersiya bankları üçün bugündən etibarən alış-satış məzənnəsinin müəyyənləşdirilməsi zamanı 4%-lik marja ləğv edilir.

 

Qeyd edək ki, ABŞ dollarının bu günə olan rəsmi məzənnəsi 1,7742 AZN/USD təşkil edir.

 

12.01.2017 08:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ