Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

2018-in büdcəsi üçün neftin qiyməti neçə dollar götürülür? - AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
2018-in büdcəsi üçün neftin qiyməti neçə dollar götürülür? - AÇIQLANDI

 
Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barelinin 50 ABŞdolları ətrafında proqnozlaşdırılmasını nəzərə alaraq 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neft gəlirlərinin hesablanmasında neftin ixrac qiyməti 45 ABŞ dolları səviyyəsində qəbul edilmişdir.

 

"Marja" xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir. 

 

2018-ci il ücün dövlət büdcəsinin gəlirləri 20 milyard 127,0 milyon manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29,0 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3 milyard 361,0 milyon manat və yaxud 20,0 faiz, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 2 milyard 621,2 milyon manat və yaxud 15,0 faiz çoxdur. 

 

Neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 55,1 faiz və ya 11 milyard 96,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017- ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3 milyard 156,0 milyon manat və ya 39,7 faiz çoxdur.

 

Neft sektoru üzrə büdcə gəlirlərinin 83,1 faizini və ya 9216,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondunda (ARDNF) transfertlər, 16,9 faizini və ya 1880,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. 

 

Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ADRNŞ) üzrə büdcə ödənişləri 1 milyard 380,0 milyon manat və Azərbaycan Beynəlxalq Əməkdaşlıq Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisi 500,0 milyon manat nəzərdə tutulur ki, bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 73,4 və 26,6 faizini təşkil etməklə cari ilin proqnozu ilə müqayisədə ARDNŞ üzrə 15,0 milyon manat, ABƏŞ üzrə isə 25,0 milyon manat çoxdur.Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 44,9 faiz və ya 9031,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 205,0 milyon manat və ya 2,3 faiz çoxdur.


Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 66,7 faizini və ya 6 milyard 27,0 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 26,9 faizini və ya 2 milyard 430,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən daxilolmalar, 6,4 faizini və ya 574,0 milyon manatını isə digər gəlirlər təşkil edir. 

 

2018-ci ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7907,0 milyon manatı və ya 39,3 faizi Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9216,0 milyon manatı və ya 45,8 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertlərin, 2430,0 milyon manatı və ya 12,1 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574,0 milyon manatı və ya 2,8 faizi isə digər gəlirlərin payına düşür.

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə proqnoz məbləği ÜDM-in 11,4 faizi həcmində olmaqla 7907,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 262,0 milyon manat və ya 3,4 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 891,4 milyon manat və ya 12,7 faiz çoxdur. 

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə 2018-ci il üzrə proqnozlaşdırılan daxilolmaların 76,2 faizi və ya 6027,0 milyon manatı qeyri-neft sektorunun, 23,8 faizi və ya 1880,0 milyon manatı neft sektorunun payına düşür.

 

Təqdimatda bildirilir ki, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1196,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 28,0 milyon manat və ya 2,4 faiz çoxdur. Fiziki şəxslərdən gəlir vergisinin artımı yeni iş yerlərinin açılması, ortaaylıq əməkhaqqının artımı ilə bağlıdır. 

 

Hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar 2320,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 141,0 milyon manat və ya 6,5 faiz çoxdur. Həmin məbləğin 68,3 faizi və ya 1584,0 milyon manatı qeyri-neft sektorunun, 31,7 faizi və ya 736,0 milyon manatı neft sektorunun payına düşür.
Qeyri-neft sektoru üzrə artım qeyri-neft ÜDM-nin artımı hesabına olacaqdır. Neft sektoru üzrə mənfəət vergisinin artımının əsas səbəbi isə təbi qazın və bəzi neft məhsullarının qiymətlərinin artımı ilə əlaqədar ARDNŞ-in gəlirlərinin artmasıdır. 

 

Əlavə dəyər vergisi üzrə daxilolmalar 2583,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə eyni səviyyədədir. Əlavə dəyər vergisi üzrə daxilolmaların 89,3 faizi və ya 2306,0 milyon manatı qeyri-neft sektorunun, 10,7 faizi və ya 277,0 milyon manatı neft sektorunun payına düşür. 2017-ci ilin proqnozu ilə müqayisədə neft sektoru üzrə ƏDV 48,0 milyon manat və ya 14,8 faiz az, qeyri-neft sektoru üzrə ƏDV
48,0 milyon manat və ya 2,1 faiz çox proqnozlaşdırılır. Göründüyü kimi, əlavə dəyər vergisi üzrə artım əsasən qeyri-neft sektoru üzrə nəzərdə tutulur ki, bunun da səbəbi növbəti ilə qeyri-neft ÜDM-in artımla proqnozlaşdırılmasının təsirinin nəzərə alınmasıdır. 

 

Sadələşdirilmiş vergi üzrə daxilolmalar 380,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozuna nisbətən 36,0 milyon manat və ya 10,5 faiz çoxdur. Artıma səbəb Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən sadələşdirilmiş vergi ödəyicilərinin əhatə dairəsinin genişlənməsi, vergi tutulan dövriyyənin məbləğinin artması olmuşdur.

 

Aksiz vergisi üzrə daxilolmalar 554,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 36,0 milyon manat və ya 6,9 faiz çoxdur. Həmin məbləğin 91,7 faizi və ya 508,0 milyon manatı neft sektorunun, 8,3 faizi və ya 46,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. Artımın səbəbi proqnozlara əsasən Aİ-92 benzininin növbəti illərdə istehlak həcminin artması ilə bağlıdır. 

 

Hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 182,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 4,0 milyon manat və ya 2,2 faiz çoxdur. Həmin məbləğin 70,3 faizi və ya 128,0 milyon manatı qeyri-neft sektorunun, 29,7 faizi və ya 54,0 milyon manatı neft sektorunun payına düşür. Cari ilin proqnozu ilə müqayisədə əmlak vergisi  neft sektoru üzrə 3,0 milyon manat və ya 5,9 faiz, qeyri-neft sektoru üzrə 1,0 milyon manat və ya 0,8 faiz çox proqnozlaşdırılır.


Artımın səbəbi əvvəlki illərdə həm qeyri-neft, həm də neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların artımı nəticəsində əsas vəsaitlərin balansa alınmasıdır. Bununla yanaşı, hesablamalarda 2017-ci ildən sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxslərin də əmlak vergisi ödəyiciləri olması proqnozlarda nəzərə alınmışdır. 

 

Mədən vergisi üzrə daxilolmalar 136,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017- ci ilin proqnozuna nisbətən 25,0 milyon manat və ya 22,5 faiz çoxdur. Həmin məbləğin 94,9 faizi və ya 129,0 milyon manatı neft sektorunun, 5,1 faizi və ya 7,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. Mədən vergisinin faydalı qazıntıların topdansatış qiymətinə tətbiq olunduğunu və təbii qazın topdansatış qiymətinin 2016-cı ilin dekabr ayından artdığını nəzərə alaraq neft sektoru üzrə mədən vergisi artımla proqnozlaşdırılmışdır.

 

Hüquqi şəxslərin torpaq vergisi üzrə daxilomalar 50,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə eyni səviyyədədir. Həmin məbləğin 70,0 faizi və ya 35,0 milyon manatı qeyri-neft sektorunun, 30,0 faizi və ya 15,0 milyon manatı neft sektorunun payına düşür.

 

Dövlət rüsumu üzrə daxilolmalar 108,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 3,0 milyon manat və ya 2,9 faiz çoxdur.

 

Yol vergisi üzrə daxilolmalar 73,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 1,0 milyon manat və ya 1,4 faiz çoxdur.

 

2018-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti üzrə ayrı-ayrı gəlir növləri üzrə daxilolmalar aşağıdakı kimi proqnozlaşdırılır:


ƏDV üzrə daxilolmalar 1705,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 31,0 milyon manat və ya 1,9 faiz çoxdur. Artımın səbəbi alkoqollu içkilərə və tütün məmulatlarına aksiz dərəcələrinin ABŞ dolları ilə nəzərdə tutulması və artırılan məbləğə tətbiq olunan ƏDV-nin nəzərə alınması olmuşdur.

 

Aksiz vergisi üzrə daxilolmalar 172,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 82,0 milyon manat və ya 91,1 faiz çoxdur. Qeyd edək ki, sonuncu dəfə ölkəyə idxal və ölkədə istehsal olunan alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz dərəcələri 2015-ci ildə artırılaraq milli valyuta ilə müəyyən edilmişdir. Lakin ötən dövr ərzində manatın ABŞ dollarına münasibətdə  dəyərsizləşməsi baş vermişdir. Aparılmış təhlillər göstərir ki, alkoqollu içkilərin və tütün məmulatlarının əsasən xaricdən idxal olunması nəticə etibarilə həmin malların qiymətinin artmasına və aksiz vergisinin qiymətdə xüsusi çəkisinin azalmasına səbəb olmuşdur. Qeyri-neft sektorunun inkişafı ilə bağlı ölkədə aparılan siyasətə uyğun olaraq daxili bazarın qorunması, habelə alkoqollu içkilərə və tütün məmulatlarına olan təlabatın yerli istehsal hesabına təmin edilməsi məqsədilə idxal zamanı aksiz dərəcələrinin ABŞ dolları ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur

 

Gömrük rüsumları üzrə daxilolmalar 535,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 66,0 milyon manat və ya 14,1 faiz çoxdur. Bunun əsas səbəbi qeyri-neft sektorunun inkişafı məqsədilə yerli istehsalı olan bir sıra malların idxal rüsumlarının advalor rüsumlarından spesifik rüsumlarına (gömrük dərəcələrinin faizdən sabit məbləğə keçidi) keçidinin nəzərə alınmasıdır. 

 

Yol vergisi üzrə daxilolmalar 18,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 1,0 milyon manat və ya 5,9 faiz çoxdur.

 

Davam edəcək...

20.10.2017 10:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ