Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İdxal zamanı aksiz dərəcələri Dollar ilə müəyyən ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İdxal zamanı aksiz dərəcələri Dollar ilə müəyyən ediləcək

2018-ci ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 2 milyard 430,0 milyon manatı və ya 12,1 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşməsi nəzərdə tutulur. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir. 


ƏDV üzrə daxilolmalar 1 milyard 705,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 31,0 milyon manat və ya 1,9 faiz çoxdur. Artımın səbəbi alkoqollu içkilərə və tütün məmulatlarına aksiz dərəcələrinin ABŞ dolları ilə nəzərdə tutulması və artırılan məbləğə tətbiq olunan ƏDV-nin nəzərə alınması olmuşdur.

 

Təqdimatda qeyd olunur ki, aksiz vergisi üzrə daxilolmalar 172,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 82,0 milyon manat və ya 91,1 faiz çoxdur. Qeyd edək ki, sonuncu dəfə ölkəyə idxal və ölkədə istehsal olunan alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz dərəcələri 2015-ci ildə artırılaraq milli valyuta ilə müəyyən edilmişdir. Lakin ötən dövr ərzində manatın ABŞ dollarına münasibətdə  dəyərsizləşməsi baş vermişdir. Aparılmış təhlillər göstərir ki, alkoqollu içkilərin və tütün məmulatlarının əsasən xaricdən idxal olunması nəticə etibarilə həmin malların qiymətinin artmasına və aksiz vergisinin qiymətdə xüsusi çəkisinin azalmasına səbəb olmuşdur. Qeyri-neft sektorunun inkişafı ilə bağlı ölkədə aparılan siyasətə uyğun olaraq daxili bazarın qorunması, habelə alkoqollu içkilərə və tütün məmulatlarına olan təlabatın yerli istehsal hesabına təmin edilməsi məqsədilə idxal zamanı aksiz dərəcələrinin ABŞ dolları ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur.

 

 

Gömrük rüsumları üzrə daxilolmalar 535,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 66,0 milyon manat və ya 14,1 faiz çoxdur. Bunun əsas səbəbi qeyri-neft sektorunun inkişafı məqsədilə yerli istehsalı olan bir sıra malların idxal rüsumlarının advalor rüsumlarından spesifik rüsumlarına (gömrük dərəcələrinin faizdən sabit məbləğə keçidi) keçidinin nəzərə alınmasıdır. 

 

Yol vergisi üzrə daxilolmalar 18,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 1,0 milyon manat və ya 5,9 faiz çoxdur.

20.10.2017 10:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ