Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Süni uşaq qidalarının reklamı ilə bağlı cərimələr təsdiq edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Süni uşaq qidalarının reklamı ilə bağlı cərimələr təsdiq edildi

Azərbaycanda körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə cərimə tətbiq ediləcək.

 

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən əlavə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

 

Məcəllənin hazırkı variantına görə, süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə görə cərimələr tətbiq edilir. Bu hala görə fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 250 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 750 manatdan 1000 manatadək məbləğdə cərimələnirlər.

 

Məcəlləyə təklif edilən dəyişiklik layihəsinə görə, bu cərimə həm də körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə tətbiq ediləcək.

 

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

 

© Trend

20.10.2017 11:41

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ