Neftin 5 dollar ucuzlaşması Azərbaycana neçəyə başa gəlir?
Makroiqtisadi sabitliyə təsir göstərə biləcək risklər açıqlanıb.
"Marja"nın məlumatına görə, Azərbaycan Respublikasının 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir ki, ölkənin əsas ixrac əmtəəsi olan xam neftin qiymətinin azalması neft şirkətlərinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməkdaşlıq Şirkəti (ARDNŞ və ABƏŞ) ödədiyi mənfəət vergisi vasitəsilə büdcəyə birbaşa təsir göstərir.
Hesablamalara əsasən, xam neftin qiymətinin 5 ABŞ dolları azalması büdcə gəlirlərinin səviyyəsini 62,5 milyon manat azalda bilər. Xam neftin qiymətinin dəyişməsi ARDNF-nin gəlirləri vasitəsilə, həmçinin icmal büdcəyə təsir göstərir. Belə ki, xam neftin qiymətinin 5 ABŞ dolları həcmində azaldılması ARDNF gəlirlərinin 794,0 milyon manat azalmasına gətirib çıxara bilər.
Eyni zamanda qeyd olunmalıdır ki, xam neft qiymətlərinin azalması hazırda mövcud olan müsbət ticarət saldosunun azaldaraq tədiyyə balansına birbaşa mənfi təsir göstərə bilər. Tədiyə balansında kəsir yarandığı təqdirdə məzənnə üzərində təzyiqlərin artması riskini aktuallaşdıra bilər. Digər tərəfdən, tədiyə balansının kəsirinin maliyyələşməsi nəticəsində strateji valyuta ehtiyatlarının azalması ölkənin beynəlxalq ödəmə qabilliyətinə, o cümlədən xarici valyutada öhdəliklər üzrə faiz dərəcələrinə təsir göstərməklə, dövlət büdcəsinin xərc yükünü artıra bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
8 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
11 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
11 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 15 saat əvvəl
- 15 saat əvvəl