Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neftin 5 dollar ucuzlaşması Azərbaycana neçəyə başa gəlir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin 5 dollar ucuzlaşması Azərbaycana neçəyə başa gəlir?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Makroiqtisadi sabitliyə təsir göstərə biləcək risklər açıqlanıb. 


"Marja"nın məlumatına görə, Azərbaycan Respublikasının 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir ki, ölkənin əsas ixrac əmtəəsi olan xam neftin qiymətinin azalması neft şirkətlərinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməkdaşlıq Şirkəti (ARDNŞ və ABƏŞ) ödədiyi mənfəət vergisi vasitəsilə büdcəyə birbaşa təsir göstərir.


Hesablamalara əsasən, xam neftin qiymətinin 5 ABŞ dolları azalması büdcə gəlirlərinin səviyyəsini 62,5 milyon manat azalda bilər. Xam neftin qiymətinin dəyişməsi ARDNF-nin gəlirləri vasitəsilə, həmçinin icmal büdcəyə təsir göstərir. Belə ki, xam neftin qiymətinin 5 ABŞ dolları həcmində azaldılması ARDNF gəlirlərinin 794,0 milyon manat azalmasına gətirib çıxara bilər.


Eyni zamanda qeyd olunmalıdır ki, xam neft qiymətlərinin azalması hazırda mövcud olan müsbət ticarət saldosunun azaldaraq tədiyyə balansına birbaşa mənfi təsir göstərə bilər. Tədiyə balansında kəsir yarandığı təqdirdə məzənnə üzərində təzyiqlərin artması riskini aktuallaşdıra bilər. Digər tərəfdən, tədiyə balansının kəsirinin maliyyələşməsi nəticəsində strateji valyuta ehtiyatlarının azalması ölkənin beynəlxalq ödəmə qabilliyətinə, o cümlədən xarici valyutada öhdəliklər üzrə faiz dərəcələrinə təsir göstərməklə, dövlət büdcəsinin xərc yükünü artıra bilər.

20.10.2017 12:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ