Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Büdcənin 20%-i bu sahələrə xərclənəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Büdcənin 20%-i bu sahələrə xərclənəcək

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2018-ci il dövlət büdcəsi xərclərinin 19,5 faizi həcmində və ya 4 milyard 68,3 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2017-ci illə müqayisədə 202,4 milyon manat və ya 5,2 faiz çoxdur.

 

"Marja" xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir. 

 

Müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 2 milyard 738,7 milyon manatı və ya 67,3 faizi (2017-ci ilə nisbətən 96,6 milyon manat və ya 3,7 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 1 milyard 329,5 milyon manatı və ya 32,7 faizi (2017-ci ilə nisbətən 105,8 milyon manat və ya 8,6 faiz çox) məhkəmə hakimiyyəti,
hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərində nəzərdə tutulmuşdur.

20.10.2017 12:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ