Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kənd təsərrüfatı sığortası ilə bağlı qanun layihəsinin yekun versiyası müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kənd təsərrüfatı sığortası ilə bağlı qanun layihəsinin yekun versiyası müzakirə edilib

Kənd təsərrüfatı sığortası ilə yeni qanun layihəsinin hazırlanması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələrindən ibarət olan işçi qrup Beynəlxalq Maliyyə Korporasiyasının mütəxəssisləri ilə birgə 19 oktyabr 2017-ci il tarixində qanun layihəsinin yekun versiyası üzrə müzakirələr keçirmişdir.

 

Reklam_3_11

Kənd Təsərrüfatı Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, hazırlanan yeni qanun layihəsi ölkəmizdə aqrar sığortanın təkmilləşdirilməsini, müasir aqrar-sığorta modelinin hazırlanmasını, bu sistemin səmərəli fəaliyyəti üçün müvafiq hüquqi-normativ bazanın təşkil edilməsi və texniki bazanın yaradılmasını ehtiva edir.

 

Sığortanın kənd təsərrüfatında geniş tətbiqi ölkədə müvafiq sahə üzrə maliyyə resurslarına çıxış imkanlarını təkmilləşdirəcək, aqrar sahəyə biznes marağı və investisiyaları təşviq edəcək, eyni zamanda, davamlı inkişaf və dayanaqlılığın artırılmasına, istehsalın yüksəlməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına və eləcə də kənd təsərrüfatı məhsullarının ixracına birbaşa təsir göstərəcəkdir.

 

Yeni qanunun tətbiqi nəticəsində kənd təsərrüfatı sahəsinə xas olan risklərin qiymətləndirilməsini, aqrar sektorun maliyyələşdirilməsinin gücləndirilməsini, o cümlədən şəffaf və maliyyə cəhətdən davamlı olan kənd təsərrüfatı sığortası sisteminin fəaliyyəti kontekstində institusional və insan resursları potensialının inkişaf etdirilməsini özündə ehtiva edən sistemin təşkili üçün müvafiq şərait və zəruri texniki bacarıqlar yaradılacaqdır.

20.10.2017 14:21

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ