Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bank Standard"ın Kreditorlar Komitəsinin iclasında qarışıqlıq yaranıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank Standard"ın Kreditorlar Komitəsinin iclasında qarışıqlıq yaranıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında qarışıqlıq yaranıb.

 

Bəzi kreditorlar israrla Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayevlə, eləcə də onun özünə müavin təyin etdiyi Orxan Xubanovla (“Bank Standard”ın İdarə Heyəti sədrinin keçmiş müavini) görüş tələb ediblər.

 

Bundan sonra, Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov V.Abdullayevlə telefonla əlaqə saxlayıb və ona kreditorların tələbini çatdırıb. Ə.Həsənovun sözlərinə görə, ADIF-in rəhbəri ona hazırda vacib işlə əlaqədar dövlət orqanlarından birində olduğunu və yaxın günlərdə kreditorlar ilə görüşəcəyinə söz verdiyini bildirib: “V.Abdullayev dedi ki, mən özüm əvvəlcədən vaxt təyin edəcəyəm və onlarla görüşəcəyəm”.

 

Bugünkü iclasda O.Xubanovla da görüş baş tutmayıb. ADIF-in prosesdə iştirak edən əməkdaşları onun Fondun rəhbərliyi ilə birlikdə olduğunu və iclasa gələ bilməyəcəyni deyiblər.

 

© Report

20.10.2017 14:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ