Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bankların Marketinq və PR menecerləri görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankların Marketinq və PR menecerləri görüşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva Azərbaycan Banklar Assosiasiyasının “Marketinq və PR üzrə” Ekspert Qrupunun yeni sədri seçilib.


 

20 oktyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Marketinq və PR üzrə” Ekspert Qrupunun yeni sədri ilə ilk iclası keçirilib. İclasda 10 bank təmsil olunub.

 

Belə ki, “Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyevanın Ekspert Qrupuna yeni sədr təyin edilməsi ilə əlaqədar tanışlıq məqsədilə keçirilən iclasda, həmçinin Qrupun fəaliyyət strategiyası, PR və Marketinq sahəsi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Bununla yanaşı mediada yayımlanmış yanlış və ya təhrif olunmuş informasiyaların yaratdığı problemlərdən birgə çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb.

 

İclasın sonunda sosial layihələrin təşkili ilə bağlı əməkdaşlıq məsələləri haqqında da danışılıb.

 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

20.10.2017 15:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ