Banklar müştərilərə kreditləri nağdsız formada verəcək

Bu ildən Azərbaycanda banklar müştərilərə kreditləri nağdsız formada verəcək. Bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin Baş direktoru Samirə Musayeva deyib.

 

Onun sözlərinə görə, bu, "Nağdsız hesablaşmalar haqqında" qanunda nəzərdə tutulub:

 

"Müştəri istədiyi qədər vəsait əldə edə bilər. Əgər müştəri vergi ödəyicisi olmayan fiziki şəxsdirsə, vəsait nağdılaşdırılanda ondan vergi tutulmayacaq. Əgər müştəri sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, həmin vəsait nağdılaşdırılarkən banklar ödəmə mənbəyində 1%-lik sadələşdirilmiş vergi tutmalıdır".

 

 © APA

12 Yanvar 2017, 12:25   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2016 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]