Ən yuxarı statik reklam-3_3

Azərbaycanda təqdimatı olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda təqdimatı olacaq

Ulyanovsk avtomobil zavodu Bakıda yeni “UAZ-Profi” avtomobilinin təqdimatını keçirməyi planlaşdırır.

 

Reklam_3_11

Rusiyanın Ulyanovsk vilayəti qubernatorunun saytında bildirilir ki, “UAZ-Profi”nin yükqaldırma qabiliyyəti 1,5 tondur. Müəssisə mütəxəssislərinin sözlərinə görə, “UAZ-Profi” Ulyanovsk avtomobil istehsalçısının kommersiya minik avtomobilləri (LCV) bazarında öz mövqeyini möhkəmləndirməsinə imkan verəcək.

 

“UAZ” MMC-nin baş direktorunun satış və marketinq üzrə müavini Sergey Travkin deyib: “Biz ixrac istiqamətini inkişaf etdirməyi planlaşdırırıq. Birincisi, Gömrük İttifaqına üzv olan ölkələrdir. Belarusda, Qazaxıstanda və digər ölkələrdə təqdimatlar keçirmişik. Budəfəki təqdimat Azərbaycanda olacaq. Bu avtomobil yaxın xarici ölkələrin alıcısına təklif olunacaq. Latın Amerikası ölkələrində də öz bazarlarımızı inkişaf etdirəcəyik. Çünki “UAZ-Profi”nin bəzi texniki xarakteristikaları Rusiya üçün bir qədər qeyri-adi sayıldığı halda, dünya bazarlarında, xüsusən Amerikada və Latın Amerikasında bu sistem çoxdan tətbiq olunur və uğurlu hesab edilir. 2018-ci ilə yeni modellərimizi nümayiş etdirmək üçün bir sıra tədbirlər planlaşdırmışıq. Biz inkişafımızı birmənalı olaraq, ixrac potensialı ilə də əlaqələndiririk”.

 

© Azərtac

21.10.2017 07:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ