Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azərtütün” yeni istehsal və emalı məntəqəsini yaradacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərtütün” yeni istehsal və emalı məntəqəsini yaradacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Balakəndə də tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərəcək

 

Tütünqurutma kameralarının sayının artırılmasına ehtiyac olduğunu vurğulayan “Azərtütün” MMC-nin sədr müavini Mübariz Qədimov deyib:

 

“Qaxda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyevin tütünqurutma kameralarının sayının artırılması ilə bağlı verdiyi tapşırığın icrasını təmin etmək məqsədi ilə cəmiyyət tərəfindən ilk olaraq Balakən rayonunda tütün qəbulu məntəqəsinin yaradılması nəzərdə tutulub. Bu məqsədlə Hənifə kəndində müvafiq yer də ayrılıb. Tütünün qurudulması üçün məntəqədə 60 kamera quraşdırılacaq. Avadanlığın bir hissəsi Bolqarıstandan gətiriləcək. Quraşdırma işləri isə yerli mütəxəssislər tərəfindən yerinə yetiriləcək”.

 

Balakənli fermerlər artıq gələn ildən məntəqənin xidmətindən yararlana biləcəklər. Növbəti illərdə tələbata uyğun olaraq, digər bölgələrdə də belə tütünqurutma məntəqələrinin yaradılması nəzərdə tutulur.

 

 “Azərtütün” MMC şimal-qərb bölgəsində 2007-ci ildən fəaliyyət göstərir. Həmin ildən etibarən cəmiyyət tərəfindən bölgənin rayonlarında “Virciniya” növlü ətirli tütünün yetişdirilməsinə başlanılıb. 2008-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində cəmiyyətin ilk tütün istehsalı və emalı məntəqəsi açılıb. 2010-ci ildə isə rayonda illik istehsal gücü 3500 ton olan tütün emalı zavodu istifadəyə verilib. Hazırda cəmiyyətin Zaqatala, Qax və Şəki rayonlarında Bolqarıstandan alınmış və hər birinin tutumu 10 ton yaş tütün olan 172 tütünqurutma kamerasından ibarət 3 tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün tütün emalı zavoduna göndərilir.

21.10.2017 07:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ