Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dünyanın ilk "süni intellekt naziri" vəzifəsinin icrasına başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ilk "süni intellekt naziri" vəzifəsinin icrasına başladı

Robotlar daxil bütün cihazlara məskunlaşmağa başlayan "süni intelektin" artıq nazirliyi belə var.


 
"Marja" xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yeni Süni İntellekt Nazirliyi (The Minister of Artificial Intelligence - AI)  yaradılıb və nazir təyin edilib. BƏƏ-nin ilk süni intellekt (zəka) naziri  27 yaşlı Omar Bin Sultan Al Olama olub.


 
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş Naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktum Twitter səhifəsindən məlumat yayıb.


 
 2117-DƏ MARSA YERLƏŞƏCƏKLƏR


 
Bundan əvvəl baş nazirin yanında gələcək üzrə direktor kimi çalışan gənc nazirin təqib edəcəyi məsələlər arasında süni zəka texnologiyası, yaşayış sahələri və təhlükəsizliyi kimi məsələlər yer alacaqdır.

 

BƏƏ, ötən günlərdə "2031 süni zəka strategiyası"nı da elan etmişdi. Ölkə, 2021-ci ildə kağızla aparılan bütün əməliyyatları elektronlaşdırmağı, 2030-da bütün əmirlikdəki nəqliyyat şəbəkəsinin 25%-ini avtonom (sürücüsüz) olaraq həyata keçirməyi, 2050-də istehsal olunan enerjinin 75%-ini alternativ mənbələrdən əldə etməyi və hətta 2117-ci ildə Marsa köçməyi hədəfləyir.

21.10.2017 12:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ