“Qara bazar” dağılır

Dünən bankların bir-birinin ardınca dollar satışına başlamaları, bu gün isə Mərkəzi Bankın hərraca 75 milyon dollar çıxartdığı barədə xəbərin yayılması “qara bazar”da qiymətlərin aşağı düşməsinə səbəb olur.

 

“Marja” xəbər verir ki, bir neçə gün öncə Dolları 1.90 manatdan aşağı satmayan qanunsuz valyuta ticarətçiləri Dolların alış və satış qiymətlərini aşağı salmaqda davam edirlər. Bu gün “qara bazar”da Dolların 1.82 manata alındığı, 1.84 manata satıldığı bildirilir.

 

Bu gündən 4%-lik marja da ləğv edilib. Artıq banklar Dollar daxil xarici valyutaların alış və satışına sərbəst qiymətlər müəyyən edə biləcəklər. Banklardan yüksək alış qiyməti təklif etdiyindən Dollar satanlar  "Qara bazar"a üz tuturdular. Bundan sonra banklar “qara bazar” ilə rəqabətli məzənnələr təyin edə biləcək və vətəndaşlar da banklara cəlb ediləcəkdir.

12 Yanvar 2017, 12:27   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]