Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Lənkəranda naringi ilə portağalın calağı olan meyvə yetişdirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lənkəranda naringi ilə portağalın calağı olan meyvə yetişdirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Gilan Sitrus” MMC,  naringi ilə portağalın calağından əmələ gəlmiş hallavond meyvəsi ağaclarının Cənubi Koreyadan gətirilərək Lənkəran torpağında “məskunlaşdırılması” ilə 2015-ci ildə yaradılmışdır.


100 hektar sahədə salınmış cavan bağlar keçən il ilk barını vermişdir. Mövsümdə 2000 tona qədər məhsul götürülmüşdür.


Bu il hallavondların ağaclardan dərilməsinə noyabr ayında başlanacaq. Bağlara yüksək aqrotexniki qaydalara qulluq edildiyindən budəfəki məhsulun daha bol olacağı gözlənilir. Bağbanlar ağaclarda 10 tona qədər hallavond məhsulunun olduğuna əmindirlər.


Fermerlər indidən gələn ilin məhsulunun da  qayğısına qalırlar. Hazırda bağlarda qışa hazırlıq işləri görülür. Körpə ağaclara mineral dərmanlar vurulur, onların üstü polietilenlə örtülür ki, şaxtadan zərər çəkməsinlər.  Şəkillərdə təsərrüfatın rəhbəri Vaqif Süleymanov və baş mütəxəssis Rahab Əmirli barı yetişmiş bağlara baş çəkir, mütəxəssislər yeni quraşdırılmış suvarma sistemini nəzərdən keçirirlər.      

23.10.2017 05:26

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ