Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakı-Xarkov-Kiyev avtobus reysi açılır - QİYMƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı-Xarkov-Kiyev avtobus reysi açılır - QİYMƏT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Noyabrın 9-dan etibarən hər həftənin birinci və dördüncü günləri Bakı-Xarkov-Kiyev avtobus reysi həyata keçiriləcək.

 

Reklam_3_11

Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib.

 

O bildirib ki, avtobus Bakı vaxtı ilə saat 11:00-da yola düşəcək. Biletin bir istiqamətə qiyməti 100 manat təşkil edir. Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərtilə) pulsuzdur. Beş yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir.

 

İCARƏYƏ OFİSLƏR TƏKLİF OLUNUR!

 

Y.İsakov əlavə edib ki, sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətə əldə etmək mümkündür. Biletlərin qiyməti daşımaları həyata keçirən Ukrayna və Azərbaycan şirkətlərinin və hər iki ölkənin aidiyyəti qurumlarının qarşılıqlı razılığına əsasən müəyyənləşdirilib.

 

Bakı-Xarkov-Kiyev reysi Rusiya Federasiyasının ərazisindən keçməklə həyata keçiriləcək. Müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar Wi-Fi şəbəkəsi ilə təchiz edilib. Sərnişinlərin yolboyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.

 

Qeyd edək ki, sərnişinlər biletləri on gün öncədən kassadan və ya online şəkildə əldə edə bilərlər.

23.10.2017 05:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ