İri layihələrə yeni şirkətlər cəlb olunacaq - SON 3 GÜN

 

“PMD Group” MMC icra etdiyi layihələrə yeni şirkətlərin cəlb olunması, eləcə də onlarla davamlı və uğurlu əməkdaşlığı təmin etmək üçün mövcud satınalma qaydalarını təqdim etmək məqsədi ilə seminar-görüş təşkil edəcəkdir.

 

MMC-dən “Marja”ya daxil olmuş məlumata görə, 2013-cü ildən fəaliyyət göstərən “PMD Group” şirkətinin əsas fəaliyyət istiqamətlərini aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakların idarə olunması, kənd təsərrüfatı və istehlak mallarının tədarükü və otelçilik təşkil edir.

 

Görüşdə iştirak etmək üçün ilkin olaraq aşağıdakı keçid vasitəsi ilə qeydiyyatdan keçmək tələb olunur.

 

Qeydiyyatdan keçmiş şirkətlər arasından yalnız PMD Group MMC-nin qeyd edilən strateji əməkdaşlıq sahələrində fəaliyyət göstərən uyğun şirkətlərə tədbirdə iştirak üçün dəvət göndəriləcəkdir.

 

Tədbir 4 hissədən ibarət olacaqdır:

-        “PMD Group” MMC-ə daxil olan şirkətlər və onların həyata keçirdikləri layihələrin təqdimatı

-        “PMD Group” MMC-nin tender/satınalma qaydalarının təqdimatı

-        Sual-cavab

-        Sərbəst hissə (Kofe fasiləsi, işgüzar qarşılıqlı görüşlər və s.)

 

Qeydiyyat üçün son tarix: 25.10.2017

 

Qeydiyyat üçün keçid: http://pmdgroup.az/procurement/pmd.html

23 Oktyabr 2017, 16:05   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin