Fərdi sahibkarlar tərəfindən vəsaitlərin nağdlaşdırılması zamanı sadələşdirilmiş verginin ödənilməsindən yayınmaq (vergidən yayınmaq) məqsədilə vəsaitlərin kart hesablarına köçürülərək nağdlaşdırılması qanundan sui-istifadə halıdır və hər bir halda sahibkarlıq subyekti həmin vəsaitlərin nağdıaşdırılmasına görə sadələşdirilmiş vergiyə cəlb ediləcək.
“Marja” xəbər verir ki, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktoru Samirə Musayeva deyib.
S.Musayevanın sözlərinə görə, sözügedən məsələ artıq Azərbaycan Banklıar Assosiasiyası ilə müzakirə edilib və hazırda belə hallara yol verilən zaman verginin tətbiqi mexanizmləri dəqiqləşdirilir.