“Qafqaz” Universitetindən “diplom” açıqlaması

Azərbaycanda fəaliyyət göstərən “Qafqaz” Universiteti Türkiyə Yüksək Təhsil Şurasının bu universitetin diplomlarının tanınmamasına dair qərarına münasibət bildirib.

 

Universitetin Mətbuat xidmətinin rəhbəri Rəcəb Rza  açıqlamasında qeyd edib ki, qərarın onlara aidiyyatı yoxdur:

 

“Biz SOCAR-ın nəzdində Beynəlxalq Təhsil Mərkəzinin universiteti kimi fəaliyyət göstəririk. İndiyə kimi diplomların tanınmaması ilə bağlı nə Türkiyə Yüksək Təhsil Şurasından, nə də ki səfirlikdən bizə rəsmi məktub daxil olmayıb”.

 

Rektorluqdan isə bildirilib ki, onlara da belə bir qərar daxil olmayıb:

 

“Biz fəaliyyətimizi Beynəlxalq Təhsil Mərkəzinin nəzdində davam etdiririk. Heç bir problem yoxdur”

 

© Qafqazinfo

12 Yanvar 2017, 13:02   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin