Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Bu şirkətlər büdcəyə 500 milyon manat ödəməli olacaqlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu şirkətlər büdcəyə 500 milyon manat ödəməli olacaqlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ildə Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmalar 500 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2017-ci ilə olan proqnoz göstəricisindən 9,4% çoxdur.

 

"2018-ci ildə Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmalar 500 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2017-ci ilə olan proqnoz göstəricisindən 25 mln. manat çoxdur”, - deyə  Maliyyə Nazirliyindən məlumat verilib.

 

Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyirlər. Dövlət büdcəsinə mənfəət vergisi üzrə faktiki ödənişlər dünya bazarlarında neftin faktiki qiyməti əsasında həyata keçirilir.

 

Azərbaycan müstəqillik qazandıqdan sonra neft-qaz yataqlarının işlənməsi haqqında 30-dan artıq PSA tipli müqavilə imzalayıb.

 

2016-cı ildə PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə 357 mln. 640,1 min manat məbləğində mənfəət vergisi ödənilib.

23.10.2017 10:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ