Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ dollarını ciddi möhkəmlənmə gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ dollarını ciddi möhkəmlənmə gözləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp tərəfindən seçki öncəsi təbliğat zamanı irəli sürülən vergi islahatları ilə bağlı qanunun yaxın günlərdə səsvermə üçün Konqresə təqdim olunacağı gözlənilir.

 

İslahatlar zərfinin qəbul olunması qlobal iqtisadiyyat və maliyyə bazarlarına mənfi təsir edəcək. Qeyd edək ki, bir müddət əvvəl 2018-ci maliyyə ilinin büdcə layihəsinin qəbul olunması vergi islahatlarının da rahatlıqla qəbul ediləcəyi ilə bağlı ehtimalları artırıb.


Analitik qrup bildirir ki, ABŞ-da vergi islahatlarının qəbul edilməsi yeni iş yerlərinin açılmasına, bu da öz növbəsində inflyasiyanın sürətlənməsinə gətirib çıxaracaq. Nəticədə, Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini artırmağa davam edəcək. Bu da ABŞ dollarının möhkəmlənməsinə səbəb olacaq.
Xatırladaq ki, hazırda ABŞ kapitalı ölkədə mövcud olan izafi likvidlik səbəbindən yüksək mənfəət üçün xarici bazarlara axın edir. Vergi islahatları nəticəsində, yerli istehsalçıların investisiya fəallığının artması, yerli kapitalın repatriasiyası və hətta xarici kapitalın cəlb edilməsi mümkün olacaq. Bu da öz növbəsində, inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarından kapital axınının başlamasına səbəb olaraq onlara ciddi mənfi təsir göstərəcək.


Vergi islahatları dolların məzənnəsinin ciddi möhkəmlənməsinə gətirib çıxaracaq. Belə ki, inflyasiyanın sürətlənməsi uçot dərəcəsinin artırılmasına səbəb olacaq. ABŞ-a kapital axınının sürətlənməsi isə FED-in əlavə likvidliyi absorbasiya etmək üçün balansını kiçildməsi ilə nəticələnəcək. ABŞ-da işgüzar aktivliyin artması dollara tələbatı artıracaq.


Vergi islahatlarının qəbul edilməsi uçot dərəcəsinin artmasına, bu da öz növbəsində ABŞ istiqrazlarının faizinin yüksəlməsi və ya qiymətinin düşməsinə səbəb olacaq. İstiqrazlardakı satışın sürətlənməsi buradan çıxan vəsaitin real iqtisadiyyata yönəlməsinə və ya fond birjalarına axacaq. Bu, həm yerli, həm də xarici kapital olacaq. Qeyd edək ki, cümə günü ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 2,66%-dən 2,83%-ə yüksəlib.
Həmçinin qeyd edək ki, maliyyə bazarlarının ABŞ iqtisadiyyatına inamı dekabr ayında uçot dərəcəsini artırma ehtimallarını 91,7%-ə çatdırıb.

 

© Report

23.10.2017 11:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ