Əvvəl Mercedes, indi də Renault
Renault tarixində ilk dəfə "pick up" segmentində
Dünyada getdikcə pick-up bazarı genişlənir. "Marja" xəbər verir ki, Mercedes-in X-Class ilə bazara girməsinin ardından, indi də Renault tarixində ilk dəfə bu bazara addım atır.
2016-cı ildə 25 faiz böyüyən bazar, bu ilin ilk yarısında da 19 faiz artıb.
Renault, Alaskan modeli ilə "pick up" bazarına daxil olur. Model yaxın günlərdə Avropada satışa təqdim ediləcək.
Renault Alaskan ilk dəfə Cenevrə Avtomobil Sərgisində təqdim olunmuşdu.
Alaskan, Renault-Nissan tərəfdaşlığı və Daimler qrupunun birgə inkişaf etdirdiyi platforma üzərində yığılır.
Yəni, Nissan Navara və Mercedes-in X-Series ilə eyni platformanı istifadə edir.
Alaskanda, Navarada olduğu kimi 2.3 litrlik dCi motor istifadə edilir. Bu mühərrikin 190 atgücü qoşa turbo və ya 160 at gücü tək turbo variantları var.
Renault Alaskan 6 pilləli mexaniki və ya 7 pilləli avtomatik sürətlər qutusu ilə istehsal edilir.
100 km/s sürətə təxminən 11 saniyədə çatan Alaskanın ən yüksək sürəti 160 km/s-dır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
17 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 18 saat əvvəl
-
18 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
19 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl