Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İlk dəfə beynəlxalq xurma festivalı keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlk dəfə beynəlxalq xurma festivalı keçiriləcək

Bu il noyabrın 4-5-də Balakən rayonunda ilk dəfə “Beynəlxalq xurma festivalı” keçiriləcək. Festivalda Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq qurumların nümayəndələrinin və digər qonaqların iştirakı nəzərdə tutulur. Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında reallaşacaq festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş olunacaq, tanınmış musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edəcəklər.

 

Reklam_3_11

Bu barədə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Xatırladaq ki, xurma istehsalı Balakən rayonunun kənd təsərrüfatında ənənəvi sahələrdən sayılır. Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 800 hektardan çoxdur. Ötən il bu bağlardan 14 min 392 ton xurma məhsulu əldə olunub. Cari ildə isə xurma istehsalının 15 min tondan çox olacağı proqnozlaşdırılır.

 

Xurma, həm də ixrac potensialı yüksək olan məhsullardan biri hesab olunur. Hazırda Balakəndə xurma ixracatı ilə məşğul olan onlarla sahibkar fəaliyyət göstərir. Məhsul əsasən, Rusiya və Ukraynaya ixrac edilir, həmçinin yerli bazarlarda da satışa çıxarılır. Rayonun Katex kəndində yeni yaradılan “Balxurma” müəssisəsində bu mövsümdən xurmanın quru və yarımquru emalı həyata keçiriləcək. Müəssisədə istehsal olunacaq məhsullar daxili bazardan əlavə, MDB, Avropa və ərəb ölkələrinə də ixrac olunacaq.

23.10.2017 13:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ