Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakıda “Airporttaxi” fəaliyyətə başlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda “Airporttaxi” fəaliyyətə başlayacaq

Heydər Əliyev Beynəlxalq Aeroportunda xarici qonaqlara,eləcə də ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə yaxın gələcəkdə “Airporttaxi” fəaliyyətə başlayacaq.

 

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda konsepsiyası hazırlanan bu xidmət Bakının cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsi, çoxsaylı turist axınını və şəhər barədə ilk təsəvvürün məhz hava limanından yaranmasına dəstək üçün yaradılacaq. Paytaxtımız üçün yenilik olacaq bu xidmət çərçivəsində hava limanında xidmət edəcək taksilərə və onların sürücülərinə dair xüsusi tələblər də müəyyən edilib. Hazırda bu istiqamətdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə işlər aparılır.

 

Qeyd edək ki, 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində sərnişindaşıma xidmətinin təşkili və idarəolunması üzrə inkişafa nail olub. İctimai fikrin öyrənilməsi üzrə obyektiv təhlillər aparan Milli Sorğu Mərkəzinin (www.sorgu.az) bu mövzuda apardığı sorğunun nəticələri də göstərib ki, ictimaiyyət Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən məmnundur. Sorğuda iştirak edən 20 655 nəfərin 72%-i Agentliyin işindən razı olduğunu ifadə edib.

23.10.2017 19:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ