Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Pambığı yığmaq üçün kombayn çatışmır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pambığı yığmaq üçün kombayn çatışmır

İmişlinin Aranlı kəndindən olan fermerlər deyir ki, zavodla bağlanan müqavilə əsasında 240 hektar sahədə pambıq əkilib.

 

Reklam_3_11

Təsərrüfatçılar deyir ki, yetişən pambığı əllə yığmaq sərf etmədiyindən məhsulu kombaynla toplamağa çalışırlar. Lakin fermerlər kombayn çatışmazlığının olduğunu bildirirlər.

 

Təsərrüfatçıların sözlərinə görə, məhsulun texnika ilə yığılması itkiyə getmə faizini aşağı salır. Təsərrüfatçılar bildirir ki, son günlər hava şəraitinin yağıntılı keçməsi yığımı ləngiyən pambığın məhsuldarlığına da mənfi təsir göstərib. “Ağ qızıl” ın rəngi də qaralıb. 

 

Pambıq əkini üçün fermerlərlə müqavilə bağlayan şirkətin nümayəndəsi Zakir Şabanovun sözlərinə görə, hazırda qəbul məntəqəsində 5 ədəd kombayn var. Lakin onlardan iki nasaz vəziyyətdə olduğundan pambığın yığımında ləngimə yaranıb. Mühəndis bildirib ki, hazırda çətinliyin aradan qaldırılması istiqamətində işlər görülür. Digər 3 texnika isə sahələrdə növbəli olaraq yığım aparır. 

24.10.2017 07:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ