Mobil manşet üstü reklam_21

Sosial ipotekada ilkin ödəniş aşağı salındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sosial ipotekada ilkin ödəniş aşağı salındı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, "Azərbaycan İpoteka Fondu" ASC dövlət xətti ilə verilən kommersiya xarakterli ipoteka kreditlərinin maksimal məbləğini 150 min manatadək artırıb.

 

Fondun saytında dərc olunan məlumata əsasən, kommersiya xarakterli ipoteka kreditləri əvvəlki kimi, ilkin ən azı 15% ödənişlə 25 ildən çox olmayan müddətə veriləcək. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

 

Sosial ipoteka üzrə dəyişikliklər ilkin ödəniş şamil edilir. Bunun səviyyəsi 15%-dn 10%-dək azaldılıb. Sosial ipoteka kreditlərinin maksimal məbləği 100 min manat təşkil edir. Kredit illik 4%-dən çox olmayan dərəcə ilə 30 ildən çox olmayan müddətə verilir.

 


AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

 

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir.

 

Kommersiya xarakterli ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. 

 

© İnterfaks-Azərbaycan

24.10.2017 07:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ