“Qara bazar” dərhal Dolları bahalaşdırdı

Bu gün Mərkəzi Bankda keçirilən hərracda Dolların bahalaşması xəbərini alan “qara bazar” dolları dərhal qaldırıb.

 

Marja”nın əldə etdiyi məlumata görə, səhər saatlarında 1 dolları 1.84 manata satan “qara bazar” Dolları 1.85 manata qaldırıb. 

 

Qeyd edək ki, Banklar artıq "qara bazar" ilə rəqabət apara biləcəklər. Çünki artıq 4%-lik marja yoxdur.

 

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 11 yanvar 2017-ci il tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı xarici valyutanın alış-satış məzənnənin rəsmi məzənnədən +-4% həddində tətbiq olunan kənarlaşma həddi 12 yanvar 2017-ci il tarixindən ləğv olunub.

 

12 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilmişdir.

 

"Marja"nın əldə etdiyi məlumata görə, hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilmiş və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1.7867 səviyyəsində formalaşmışdır.

12 Yanvar 2017, 13:42   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin