Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yeni 360 yerlik avtomobil dayanacağı tikiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni 360 yerlik avtomobil dayanacağı tikiləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin 9 ayı ərzində yeni yaradılmış Mərkəzi Parkın davamı olaraq Akademik Milli Dram Teatrının arxasında yaradılacaq parkın əlaqələndirilməsi, Füzuli Meydanı ərazisində hərəkətin təşkili məqsədilə Füzuli meydanındakı dairədə nəqliyyatın hərəkəti bağlanıb, Mirzəağa Əliyev və Füzuli küçələrindən istifadə etməklə Səməd Vurğun və Nəriman Nərimanov küçələri arasında nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.
 


Bu barədə "Azəravtoyol" ASC-nin hesabatında deyilir.

Reklam_3_11


 
Məlumata əsasən, Nəriman Nərimanov və Abdulla Şaiq küçələri tamamilə yenidən qurulması imkan verib ki, "Statistika" dairəsi kimi tanıdığımız, daima avtomobil tıxacları yaranan dairəni ləğv edərək nəqliyyatın fasiləsiz hərəkətini təmin edən rahat bir yol qovşağı yaradılsın. Bundan başqa, hesabat dövründə Nəriman Nərimanovun heykəlinin ətrafındakı olduqca sərt sola dönmədə ləğv edilib və bir az qabaqda - Nəriman Nərimanov küçəsində yeni dairə tipli yol qovşağı tikilib.


 
Hesabatda deyilir ki, yaxın vaxtlarda piyadaların təhlükəsiz hərəkəti üçün "Təzəpir" məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin, həmçinin məscidin qarşısındakı 12,6 min kvadratmetr sahədə 360 yerlik avtomobil dayanacağı, müxtəlif iaşə obyektlərinin tikintisi nəzərdə tutulur.

 

© APA

24.10.2017 08:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ