Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sabaha olan hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha olan hava proqnozu açıqlanıb

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

 

Lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.


Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 11-13°, gündüz 20-22° isti olacağı gözlənilir.


Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.


Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 25-dən 26-sı gündüzədək Abşeron yarımadasında arabir güclənən cənub küləyinin üstünlüyü əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz.

 

Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 9-14°, gündüz 21-26° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

24.10.2017 10:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ