Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda turistlərə satılan ən bahalı əşyalar - 10 min manat

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda turistlərə satılan ən bahalı əşyalar - 10 min manat
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son illər ölkəmizə gələn əcnəbi turistlərin sayının xeyli artması qədim əşyalar və suvenirlər bazarında canlanma yaradıb. Başqa ölkələrdən gələn alıcılar daha çox toxuculuq məmulatlarına üstünlük verirlər.

 

Reklam_3_11

Bu barədə müsahibəsində qədim əşyaların satışı ilə məşğul olan Ağacan Kərimov məlumat verib. Qubanın mərkəzində fəaliyyət göstərən bu dükanın əsas müştəriləri xarici qonaqlardır.

 

Ağacan Kərimov qədim xalçalar, pullar, küplər, xəncərlər, ütülər, samovarlar, misdən hazırlanan məişət əşyaları toplamaq üçün otuz ilə yaxı vaxt sərf edib. Hazırda onun dükanında 500-ə yaxın qədim əşya var. Onların arasında 150-200 il yaşı olan xəncərlərə, bir əsrin yadigarı olan samovarlara, X-XIX əsrə aid pullara rast gəlmək olar.

 

Bu dükandakı ən ucuz əşyalar alıcılara 2-3 manata təklif edilən keçən əsrin yadigarı olan kasalardır. Xırda məişət əşyaları içərisində mis fincanlar daha baha qiymətə - 50 manata satılır. Ən bahalı əşyalar sırasında xalça və samovarları göstərmək olar. Samovarlar alıcılara 150-600 manata təklif edilir. Xalçaların qiyməti isə ölçüsündən və toxunma vaxtından asılı olaraq 100 manat -10 min manat arasında dəyişir.

 

Ağacan Kərimov qeyd edib ki, bu əşyaları əldə etmək asan başa gəlmir. Buradakı əşyaların əksəriyyəti uzun illər ərzində toplanıb. Bəzi hallarda isə sakinlər evlərindəki qədim əşyaları dükana gətirib satmaq istədiklərini bildirirlər.

 

Quba sakini dükana gələn turistlərə qədim əşyalarla yanaşı, ölkəmizi tərənnüm edən suvenirlər də təklif edir.

 

© Azərtac

24.10.2017 11:44

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ