Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Mercedes-Benz”in Azərbaycandakı rəsmi distribyutoru açıqlama yayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Mercedes-Benz”in Azərbaycandakı rəsmi distribyutoru açıqlama yayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakının mərkəzi küçələrində üzərində Ermənistan bayrağının rəngləri olan “Mercedes-Benz” markalı avtomobillə bağlı “Mercedes-Benz”in Azərbaycandakı rəsmi distribyutoru “Avtokapital-Azərbaycan” şirkəti açıqlama verib.

 

Reklam_3_11

Şirkətin Marketinq və ictimai əlaqələr şöbəsinin rəisi Sevinc Abbasova bildirib ki, sözgedən avtomobil “Mercedes-Benz”in rəsmi salonlarından alınmayıb:

 

“İlk növbədə, avtomobil köhnədir. Təxminən 2008-2009-cu il istehsalıdır. Adı çəkilən GL 550 modeli yalnız Amerika bazarı üçün istehsal olunur. Bu avtomobil Avropa bazarı üçün istehsal olunmayıb. Yəni, rəsmi diller bu avtomobili Azərbaycana idxal edə bilməz. “Mercedes-Benz”in rəsmi dilleri GL 550 modelini heç vaxt Azərbaycana gətirməyib. Həmçinin, sözügedən avtomobilin nömrəsinin altında “Ulduz” və “Mercedes-Benz” yazılıb. Bizim rəsmi dillerlər isə həmin hissədə öz adları və əlaqə nömrələrini qeyd edirlər. Bəyan edirəm ki, həmin avtomobil  “Avtokapital-Azərbaycan”ın dilerlərindən alınmayıb”.

 

Sevinc Abbasova həmin avtomobilin Ayna Sultanova küçəsində yerləşən avtosalondan alınması məsələsinə də aydınlıq gətirib:

 

“Bizim rəsmi dillerlərimiz Ayna Sultanova küçəsində yerləşmir. İki ünvanda - Babək Prospekti və Bakı-Sumqayıt yolunun 6-cı kilometrliyində yerləşir. Bu məsələlərə görə, sözügedən avtomobil “Mercedes-Benz”in rəsmi salonlarından alınmayıb. Avtomobilin üzərində olan emblem “Euro Motorscars” şirkətinə məxsusdur. O da Amerikanın şirkətidir və Amerika bazarına işləyir. Biz isə avtomobilləri Almaniyadan alırıq. O emblemi isə avtomobilin üzərinə qoymuruq".

© Mətbuat.az

24.10.2017 12:40

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ