Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Ciddi qəbul edin, dəyəri "Apple"ı keçəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ciddi qəbul edin, dəyəri "Apple"ı keçəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tanınmış maliyyə analitiki və investisiya şirkəti "Standpoint Research"ın rəhbəri Ronnie Moas qiyməti rekord səviyyələrə yüksələn virtual pul vahidi "Bitcoin"in ciddiyə alınması lazım olduğunu bildirib.

 

"Çünki bu gün bazar dəyəri olaraq "Goldman Sachs"a çatmış vəziyyətdədir. 5 il ərzində də 800 milyard dolların üzərində bazar dəyəri olan "Apple"a çatacaq" - o deyib.


 
"Marja" "Coinmarketcap.Com"a istinadən xəbər verir ki, dövriyyədəki "Bitcoin"lərin bazar dəyəri 95.9 milyard dollar ətrafındadır. "Tomson Reuters"ın məlumatlarına görə "Goldman Sachs"ın bazar dəyəri 93.67 milyard dollar, "Apple"ın dəyəri isə 806.5 milyard dollardır.


 
"Bitcoin"in qiyməti ilin əvvəlində 2600 dollar səviyyələrində idi. Həmin vaxt Moas virtual pul vahidinin qiymətinin 5 min dollara çatacağını proqnozlaşdırmışdı. "Bitcoin"in qiyməti bu gün 5 min 700 dollar ətrafındadır.

 

 İRADLAR DA VAR


 
"Black Rok"ın İcraçı direktoru Larri Fink "Bitcoin"in yalnız "pul yumaq" üçün işə yarayacağı açıqlamasını etmişdi.
 


Səudiyyəli milyarder investor Şahzadə Əl Vəlid bin Talal dünənki açıqlamasında "Bitcoin"in gec-tez "Enron" kimi çəkəcəyini iddia etmişdir.


 
"JP Morgan Chase"in İcraçı direktoru Jamie Dimon da "Bitcoin"i tənqid edənlər arasındadlır. Dimon "əgər alacaq qədər axmaqsansa, bir gün bədəlini ödəyəcəksiniz" ifadəsini işlətmişdi.


 
Moas isə "Bitcoin"in qiymətinin gələcək 10 ildə 50 min dollara qədər yüksələcəyini bazar dəyərinin isə trilyon dolları keçəcəyini bildirir.

24.10.2017 14:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ