Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ötən ildən 3 dəfə çox pambıq yığılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən ildən 3 dəfə çox pambıq yığılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Oktyabrın 24-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 123 min 966,21 ton məhsul təhvil verilib.

 

Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Belə ki, keçən il oktyabrın 24-dək pambıq qəbulu məntəqələri 41 min 867 ton məhsul tədarük etmişdi.

 

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

24.10.2017 15:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ