Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“METAK” şirkəti “AzFinance” ilə razılaşdı - İSTİQRAZ BURAXACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “METAK” şirkəti “AzFinance” ilə razılaşdı - İSTİQRAZ BURAXACAQ

Bakı Fond Birjasının (BFB) “Listinq Məsləhət Proqramı” (LAP)-na qoşulmuş “METAK” MMC Proqram çərçivəsində istiqraz buraxılışı ilə yerli kapital bazarlarından maliyyələşmə qərarını qəbul etmiş və buraxılışı dəstəkləyəcək investisiya şirkəti “AzFinance İ.Ş” QSC ilə ilkin razılaşma əldə edilmişdir.

 

Reklam_3_11

Bu barədə "Marja"ya Bakı Fond Birjsından bildirilib.

 

LMP çərçivəsində növbəti mərhələ qiymətli kağızların buraxılışı, listinqi və yerləşdirlməsini nəzərdə tutur.

 

BFB-nin təşkil etdiyi “Listinq Məsləhət Proqramı” şirkətlərə Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqi məqsədi daşıyır.

 

“METAK MMC” LAP-yə 28 mart 2017-ci il tarixində qoşulmuşdur.

 

SINAQ ÜÇÜN İSTİQRAZ BURAXACAQ

 

Xəvər verdiyimiz kimi, Azərbaycanın “METAK” şirkəti sınaq məqsədilə 2-3 milyon manat civarında istiqraz emissiyasını planlaşdırır.


 
Bunu “Marja”ya Şirkətin Maliyyə Analitikası və Planlaşdırama üzrə meneceri İsmayıl Hümbətov bildirib.


 
“Bu sınaq buraxılışı olacaqdır. Biz artıq hazırlıqlara da başlamışıq və növbəti aylar ərzində emissiya baş tutacaqdır".
 


İsmayıl Hümbətov qeyd edib ki, “METAK” şirkəti istiqrazların əhali tərəfindən alınmasının tərəfdarıdır:


 
“Biz bu istiqraz buraxılışı ilə kapital bazarının inkişafına öz töhfəmizi vermək istəyirik. Buraxacağımız istiqrazları almaq istəyən potensial investorlar mövcuddur, lakin biz istiqrazlarımızı xalqa satmağa üstünlük verəcəyik. İstəyirik ki, xalqımız bu emissiyadan bəhrələnsin. Eyni zamanda, istiqraz buraxmaqla faiz xərclərimizi və banklardan asıllığımızı azaltmağı hədəfləyirik. Xəclərimiz azaldığından gələcəkdə “METAK”ın mənfəəti daha da artacaqdır”.
 


Şirkətin əməkdaşı qeyd etdi ki, cəlb ediləcək vəsait dövriyyə vəsaitinin  və uzunmüddətli kapitalın artırlmasında istifadə olunacaqdır. İlk emisiya uğurlu olarsa, gələcəkdə yeni emissiyalar həyata keçiriləcəkdir.


 
Qeyd edək ki, "METAK" MMC Azərbaycanda polad və plastik borular və fitinqlər, tikinti işkələləri, qəliblər və müxtəlif növ kənd təsərrüfatı üçün məhsulların istehsalı və satışı ilə məşğul olan, 20 illik təcrübəyə malik şirkətdir. 

24.10.2017 15:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ