"BakuBus"ın böyük zərərindən sonra, gediş haqlarının qaldırılması gündəmə gəldi
Son günlər müzakirəyə səbəb olan məsələlərdən biri də "BakuBus" avtobuslarının gediş haqlarını artıracağı ilə bağlıdır. Buna səbəb isə, 2016-cı ildə "BakuBus"ın 55 milyon manat zərərlə işləməsidir. Bunu nəzərə alan iqtisadçılar bildirirlər ki, yaxın günlərdə "BakuBus" avtobuslarında gediş haqları qaldırıla bilər.
"BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib ki, gedişhaqqı ilə bağlı məsələlər "BakuBus"ın səlahiyyətlərinə daxil deyil.
"BakuBus" daşıyıcı şirkətdir və sadəcə sərnişindaşıma fəaliyyətini həyata keçirir. Diqqət yetirsəniz, görərsiniz ki, maliyyə hesabatlarında hər şey ən xırda detallarına qədər təhlil olunub və şəffaf şəkildə öz əksini tapıb. Hesabatı düzgün qiymətləndirmək üçün onun iqtisadi analizini aparmaq lazımdır. Başqa cür yanaşma qeyri-peşəkar yanaşma olar" — Piriyev vurğulayıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev də açıqlamasında deyib ki, ölkə ərazisində ictimai nəqliyyatda gediş haqlarının qaldırılması nə daşıyıcının, nə də başqa qurumun səlahiyyətindədir: "Bu, birbaşa olaraq Tarif Şurasının qərarından asılıdır. O ki qaldı Bakı Nəqliyyat Agentliyinə, belə bir məsələ bizim gündəliyimizdə yoxdur".
Xəbər verdiyimiz kimi, "BakuBus"ötən ili 54 milyon 638 min manat xalis zərərlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 42,6% azdır. "Baku Bus" MMC 2015-ci ili 95 milyon 260 min manat zərərlə bağlamışdı.“Baku Bus”ın yığılmış zərəri isə 151,57 mln. manata çatıb.
© Sputnik Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 59 d. əvvəl
-
1 saat əvvəl
Sabahın və həftənin sonunadək gözlənilən hava şəraiti açıqlanıb
-
2 saat əvvəl
BPC sədri: “Bu günə qədər yüzlərlə layihə həyata keçirmişik” - MÜSAHİBƏ
-
5 saat əvvəl
"Səba" ASC-nin törəmə cəmiyyətlərində iştirak payları və onların nizamnamə kapitalı artırılacaq
-
5 saat əvvəl
"Kredit əlçatanlığının təmin olunmasına və faizlərin azaldılmasına xüsusi ehtiyac var"
- 5 saat əvvəl
- 14 saat əvvəl
-
18 saat əvvəl
ABB-nin sədri vətəndaşlara kütləvi səhm satışının anonsunu verdi
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl