Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qiyməti 60 dollara yaxınlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qiyməti 60 dollara yaxınlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft qiymətləri, ABŞ-da özəl sektorun açıqladığı faktların benzin ehtiyatlarının düşdüyünü göstərməsi və Martın sonunda müddəti başa çatacaq hasilatın azaldılması müqaviləsinin uzadılacağının gözlənilməsilə yüksəlib. 

 
"Marja" xəbərverir ki, Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da yanacaq ehtiyatları ötən həftə 5.75 milyon barrel azalıb.  

Reklam_3_11


 
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvləri və aralarında Rusiyanın da olduğu tərəfdaşları 30 Noyabrda Vyanada toplantı keçirəcəklər. Toplantıda hasilatın azaldılması müqaviləsinin müddətinin 2018-ci ilin sonunadək uzadılacağı barədə qərar veriləcəyi gözlənilir.  


 
Analitiklər bildirirlər ki, qiymətlərin yüksəlməsi üçün açıq bir şəkildə potensial var. OPEC-in müqaviləni uzatmağı düşündüyünə dair xəbərlər qiymətləri dəstəkləyir və bu vəziyyət bir müddət də davam edəcəkdir.  


 
Bakı vaxtı ilə saat 08:00-da, Qərbi Texas nefti (WTI) Nymex birjasında 52.41 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında 58.39 dollardan alıcı tapıb.

25.10.2017 05:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ